5 dekabr 2025. Cümə

Qurban Qurbanov: "APOEL-in gücü hər kəsə məlumdur"


Qurban Qurbanov: "APOEL-in gücü hər kəsə məlumdur"

"APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu barədə ətraflı danışmağa ehtiyac yoxdur" 

Corner.az-un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Kiprdə APOEL-ə qarşı keçirəcəkləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub. 

Qurbanov deyib ki, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur: "Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən. Rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir, ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındılar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur, amma biz yalnız meydana konsentrasiya olmalıyıq".

Qeyd edək ki, APOEL -"Qarabağ" matçı avqustun 6-da Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”