26 mart 2026. Cümə axşamı

UEFA "Qarabağ"a qarşı intizam işi açıb


UEFA "Qarabağ"a qarşı intizam işi açıb

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə keçirdiyi cavab matçına görə "Qarabağ"a qarşı intizam işi açıb. 

Avropa futbol qurumunun Mətbuat xidmətindən Corner.az-a verilən məlumata görə, buna səbəb iyulun 31-də "Dalğa Arena"da keçirilmiş qarşılaşmanın ikinci hissəsində meydana azarkeşin daxil olması və tribunalarda insidentin baş verməsidir. 

Bildirilib ki, bu məsələyə avqustun 22-də baxılacaq. 

Qeyd edək ki, İrlandiyada rəqibi ilə heç-heçə (1:1) edən Ağdam təmsilçisi cavab matçında 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Ağdam təmsilçisi bu gün III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə APOEL-in qonağı olacaq. Cavab matçı bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"