30 iyun 2026. Çərşənbə axşamı

Endrik ÇL-da daha bir rekorda imza atıb


Endrik ÇL-da daha bir rekorda imza atıb

"Real Madrid"in hücumçusu Endrik klub rekordlarını yenidən yazmağa davam edir.

90deqiqe.Az-ın “Madrid Zone”ə istinadən məlumatına görə, braziliyalı forvard Los Blancos üçün Çempionlar Liqası matçında oynayan ən gənc oyunçu olub.

Gənc forvard (18 yaş 73 gün) "Lill"lə matçda start heyətdə başlayıb.

Bundan əvvəl rekord əfsanəvi Raul Qonzalesə məxsus idi.

Xatırladaq ki, “Ştutqart”la ilk tur matçında (3:1) Endrik eyni Raulun nailiyyətini keçərək, Çempionlar Liqasında “Real Madrid”in tarixində ən gənc qol vuran futbolçu olub. 







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu