30 sentyabr 2026. Çərşənbə

Salah ÇL-sı tarixində ən çox qol vuran afrikalı oldu


Salah ÇL-sı tarixində ən çox qol vuran afrikalı oldu

"Liverpul"un misirli hücumçusu Məhəmməd Salah afrikalı futbolçular arasında Çempionlar Liqası tarixində qol vuranlar siyahısında birinci yeri tutub.

90deqiqe.Az-ın məlumatına görə, 2024/2025 Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunun İtaliyanın “Bolonya” klubu ilə oyununda (2:0) Salah vurduğu qolla onun əsas Avropa turnirində 45-ci qolu olub.

Beləliklə, ikinci yerdə 44 qol vuran Fil-Divuarlı keçmiş “Çelsi” forvardı Didye Droqba qərarlaşıb. 30 qolla üçüncü yeri kamerunlu hücumçu Samuel Eto'o tutur.

Qeyd edək ki, hər üçü müxtəlif vaxtlarda "Çelsi"də çıxış edib.

Xatırladaq ki, Çempionlar Liqasının 1-ci turunda "Liverpul" "Milan"ı məğlub edib (3:1). "Liverpul"un turnirdəki növbəti oyunu oktyabrın 23-də "RB Leypsiq"ə qarşı olacaq.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”