5 dekabr 2025. Cümə

Qarabağa qarşı oynamaq çətin idi - APOEL-in məşqçisi


Qarabağa qarşı oynamaq çətin idi - APOEL-in məşqçisi

“Mən “Qarabağ”ı öz meydanındakı matçda görmüşdüm. Bu, tanıdığımız komanda idi. İlk 45 dəqiqə yaxşı oynadıq”.

Corner.az “sportime.sigmalive.com" saytına istinadən xəbər verir ki, bu fikirləri APOEL-in baş məşqçisi Paoli Trametsani Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə “Qarabağ”a uduzduqları (1:2) oyundan sonra söyləyib.

49 yaşlı mütəxəssis bildirib ki, birinci qolu buraxandan sonra komandası çətinliklər yaşayıb: “Daha sonra iki qolu qapımızda gördük. Bizim qol imkanlarımız oldu və qol vurmağı bacardıq”.

Trametsani öz oyunçularını yaxşı tanıdığını sözlərinə əlavə edib: “Düşünürəm ki, daha çox sistemlə mübarizə apara bilərəm. Bu komandaya qarşı oynamaq çətin idi. Qoldan sonra boş yerlər verdik və daha çətin oldu. Oyuna nəzarət edirdik. Futbolçularımla danışdım. Məsuliyyəti öz üzərimə götürürəm. Sabahdan cavab qarşılaşmasına hazırlaşacağıq. Futbolçular nəticədən məyus olublar. Hesab edirəm ki, hələ heç nə bitməyib”.

Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüş saat 20:30-da start götürəcək







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”