31 yanvar 2026. Şənbə

Bakıdakı oyun fərqli keçəcək - Slavçev


Bakıdakı oyun fərqli keçəcək - Slavçev

"APOEL çox yaxşı komandadır. Onların oyun sistemi bizi təəccübləndirdi". 

Corner.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin APOEL-lə ilk oyunundan sonra deyib.


Bolqarıstanlı yarımmüdafiəçi Kipr mətbuatına açıqlamasında səfərdə qazandıqları 2:1 hesablı qələbəyə görə Bakıdakı cavab görüşünün APOEL üçün çətin olacağını bildirib: "Bakıdakı oyun fərqli keçəcək. Cavab matçı APOEL üçün daha çətin olacaq. Ancaq şansların 50/50-yə olduğunu düşünürəm".

Slavçev 2015-16 mövsümündə Kiprin "Apollon" klubunda çıxış edib. O,  sabiq komandasının indi daha güclü olduğunu qeyd edib: "APOEL haqda danışmaq istəmirəm. Çünki mən Kiprdə "Apollon"da çıxış etmişəm və daim bu klubun qəlbimdə yeri olacaq. Orda gözəl vaxt keçirmişəm. Hazırda “Apollon”da hər şey yaxşıdır, təlim-məşq bazası inşa etdirdilər, yaxşı oyunçuları və güclü baş məşqçiləri var. 

Məncə, çempionluq uğrunda mübarizə apara bilərlər. Kipr futbolu inkişafdadır. Komandalar güclənir və avrokuboklarda iştirak edirlər”







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”