5 dekabr 2025. Cümə

Azərbaycana qələbə ilə qayıtmaq üçün gedəcəyik - Markes


Azərbaycana qələbə ilə qayıtmaq üçün gedəcəyik - Markes

“Bir qol bizə daha yaxşı ümid verir. Bu, gözlədiyimizdən tamamilə fərqli bir nəticədir".

Corner.az xəbər verir ki, bu sözləri APOEL-in müdafiəçisi Georgos Merkis Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunundan sonra eyib.

Komandasının yeganə qolunu vuran kiprli futbolçu klubun rəsmi saytına açıqlamasında evdə 1:2 hesabı ilə uduzduqları matçı şərh edib. Bildirib ki, adi epizodlarda etdikləri səhvlər ucbatından məğlub olublar: "İlk yarıda çox yaxşı idik. Qol şanslarını əldən verdik. Rəqib hesabı açdıqdan sonra buna cavab verməyə çalışsaq da, yenə də qol vurdular. Bəzən tələsirdik və bu üzdən bəsit səhvlər buraxırdıq. Azərbaycana qələbə ilə qayıtmaq üçün gedəcəyik”.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”