23 yanvar 2025. Cümə axşamı

Çoxlu işləməliyik ki ... - Matiç


Çoxlu işləməliyik ki ... - Matiç

APOEL-in yarımmüdafiəçisi Uros Matiç Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a evdə məğlub olduqları oyunu (1:2) şərh edib.

Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra yerli jurnalistlərə açıqlama verən serb oyunçu bildirib ki, bu məğlubiyyətə heç bir bəhanə ola bilməz.

- APOEL növbəti mərhələyə adlamaq üçün nə etməlidir?

- İlk növbədə mən bizə ağrılı olan bu nəticədən narazıyam. Birinci hissədə ümumən yaxşı çıxış etdik. Amma ruhdan düşməməliyik. Bu, yalnız birinci oyun idi. Qarşıda cavab görüşü var. Merkisin son dəqiqədə vurduğu qol bizə təkrar matç üçün güc və motivasiya verir.

- “Qarabağ” haqda fikirləriniz necədir?

- Bəli, güclü komandadır. Əlavə qollar vurmaq üçün də şansları oldu. Bizdə də həmçinin. Pavloviçin imkanı yaranmışdı. Amma futbolda belə şeylər təbiidir. Cavab matçına kimi altı gün vaxtımız var. Çoxlu işləməliyik ki, istəyimizə nail olaq.

- APOEL-dən Bakıda oyunda gözləntiniz nədir?

- Bizim yaxşı hücumçularımız var. Səfərdə nəticəni öz xeyrimizə dəyişməliyik. Bu, futboldur. Cavab görüşünə nikbin yanaşmalı, qələbəyə inanmalıyıq.

Qeyd: Bakıda keçiriləcək “Qarabağ” – APOEL oyunu avqustun 13-də olacaq.







Çempionlar liqası

"Oyuna daha inamlı nəzarət etməliyik"
  • Çempionlar liqası
  • 14:27 22.01.2025
"Oyuna daha inamlı nəzarət etməliyik"
"Qvardiola həmişə yenilikçi olub”
  • Çempionlar liqası
  • 20:43 21.01.2025
"Qvardiola həmişə yenilikçi olub”
"Çempionlar Liqasında oynamaq arzusunda idim"
  • Çempionlar liqası
  • 20:14 21.01.2025
"Çempionlar Liqasında oynamaq arzusunda idim"
"Real Madrid"də ən yaxşı anımı yaşayıram"
  • Çempionlar liqası
  • 17:27 21.01.2025
"Real Madrid"də ən yaxşı anımı yaşayıram"
"Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır"
  • Çempionlar liqası
  • 21:49 20.01.2025
"Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır"