5 dekabr 2025. Cümə

APOEL üzərində qələbə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir - Elxan Məmmədov


APOEL üzərində qələbə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir - Elxan Məmmədov

"APOEL üzərində qələbə “Qarabağ” üçün, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir. Qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edirəm, amma heç bir halda arxayınlaşmaq olmaz". 

Corner.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın Kiprdə APOEL-ə qalib gəldiyi (2:1) oyunu stadiondan canlı izləyən baş katib Ağdam klubunun cavab matçında da yaxşı nəticə qazanaraq növbəti mərhələyə yüksələcəyinə inandığını bildirib:


"Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdır. Təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdir. Ümid edirəm və inanıram ki, “Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün “Qarabağ”lıları təbrik edirəm”.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”