30 iyun 2026. Çərşənbə axşamı

Neymar yaşıl meydanlara qayıdır


Neymar yaşıl meydanlara qayıdır

"Əl-Hilal"ın hücumçusu Neymar oktyabrın 21-də Asiya Çempionlar Liqası matçında iştirak bilər.

90deqiqe.Az " ESPN Brasil"a istinadən xəbər verir ki, 32 yaşlı forvard dizindən aldığı zədədən sonra reabilitasiyasında əhəmiyyətli irəliləyiş əldə edib və "Əl Ayn"la oyuna hazır olacağı gözlənilir.

Sentyabrın sonundan braziliyalı artıq “Əl-Hilal”ın heyətində məşqlərə başlayıb.

Hücumçu 2023-cü ilin oktyabrında Braziliya millisində oynayarkən diz bağından ciddi zədə aldı və demək olar ki, bir ilə yaxın oynamayıb. Onun meydana qayıtması ilə bağlı yekun qərarı baş məşqçi Xorxe Jezus verəcək, lakin bunun üçün Neymarı əməliyyat etmiş Braziliya yığmasının həkimi Rodriqo Lasmarın razılığı lazımdır. Lasmarın yaxın günlərdə Səudiyyə Ərəbistanına gələrək futbolçunun hazırlığını qiymətləndirməsi gözlənilir.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu