14 may 2026. Cümə axşamı

Qarabağ'ın rəqibinin futbolçusu zədələndi


Qarabağ'ın rəqibinin futbolçusu zədələndi

Qarabağ'ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi olan APOEL-in futbolçusu Alef dos Santos zədələnib.

Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi dünən ikinci liqa təmsilçisi "Ayia Napa" ilə  yoxlama oyununda (2:2) zədə alıb. Onun durumunun ciddi olub-olmadığı bu gün tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Qarabağ" - APOEL görüşü avqustun 13-ü olacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"