- Çempionlar liqası
- 22:37 23.11.2024
PSJ-nin baş məşqçisi Luis Enrike komandasının cari Çempionlar Liqasındakı çıxışından danışıb.
90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı komandanın bu mövsümdəki çıxışından razı qaldığını bildirib.
“Düşünürəm ki, PSJ “Jirona”ya qarşı yaxşı oynadı. “Arsenal”la hər şeydə uğur qazana bilmədik, amma ümumilikdə komandanın bu mövsümdəki çıxışından razı qaldım. Harada şübhə görürsünüzsə, mən orada potensial görürəm”
İki turdan sonra PSJ üç xalla Çempionlar Liqasının turnir cədvəlində 18-ci yerdədir. Sabah, oktyabrın 22-də Parislilər Çempionlar Liqasının III turu çərçivəsində PSV-ni qəbul edəcək. Matçın startı Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.
Xatırladaq ki, PSJ ilk turda “Jirona”nı çətinliklə məğlub edib (1:0), sonra “Arsenal”a uduzub (0:2).