15 may 2026. Cümə

Neymar bir ildən sonra ilk dəfə yaşıl meydanlara qayıdıb


Neymar bir ildən sonra ilk dəfə yaşıl meydanlara qayıdıb

"Əl-Hilal"ın hücumçusu Neymar bir ildən sonra meydana qayıdıb.

90deqiqe.Az xəbər verir ki, braziliyalı komandasının start heyətində yer almasa da, 77-ci dəqiqədə əvəzedici heyətlə meydana daxil olub.

32 yaşlı forvard 2023-cü ilin oktyabrından bəri ilk dəfə yaşıl meydanlara çıxıb.

Bu gün "Əl-Hilal" AFC Çempionlar Liqasının III turu çərçivəsində səfərdə "Əl-Əyn"i 5:4 hesabı ilə məğlub edib.

Neymarın "Əl-Hilal" ilə hazırkı əmək müqaviləsi gələn yaya qədərdir. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, hücumçunun dəyəri 30 milyon avrodur. “Əl-Hilal” növbəti oyununu oktyabrın 26-da “Əl-Taavon”a qarşı keçirəcək. Matçın startı Bakı vaxtı ilə saat 22:00-a planlaşdırılıb.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"