8 iyul 2026. Çərşənbə

"Bu, bizim səhvimiz idi, amma..."


"Bu, bizim səhvimiz idi, amma..."

“Liverpul”un müdafiəçisi Vircil van Deyk komandasının Çempionlar Liqasının ümumi mərhələsi çərçivəsində Almaniyanın “Leypsiq” klubu ilə oyunundakı çıxışını şərh edib.

90deqiqe.Az xəbər verir ki, niderlandlı futbolçu komanda yoldaşlarının topa sahib olmaqda həddən artıq diqqətsiz olduqlarını bildirib.

"Komanda yoldaşlarım topa sahib olmaqda çox diqqətsiz idilər.Rəqibimiz açıq meydanda topu itirməyimizə səbəb olub.Bu, bizim səhvimiz idi, amma hər şeyin bizim üçün qələbə ilə başa çatması yaxşı haldır”

Xatırladaq ki, Arne Slotun rəhbərlik etdiyi komanda “Liverpul” “Leypsiq”i Darvin Nunesin qolu sayəsində 1:0 hesabı ilə məğlub edib. Çempionlar Liqasının üç turunda “qırmızılar” 9 xal toplayıb.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı