30 iyun 2026. Çərşənbə axşamı

Haaland Droqbanı qabaqladı


Haaland Droqbanı qabaqladı

“Mançester Siti”nin norveçli ulduz hücumçusu Erlinq Haaland Çempionlar Liqasının ümumi mərhələsinin “Sparta Praqa” ilə oyununda dubla imza atıb.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı forvard Çempionlar Liqasında iki qol vuraraq, "Çelsi"nin keçmiş hücumçusu Didye Droqbanı geridə qoyub və Çempionlar Liqasının bombardiri olub.

Hər iki futbolçunun hesabında 44 qol var.

Qeyd edək ki, Mançester klubu Çexiya təmsilçisinə 5:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, bu mövsüm Erlinq Haaland klubu və Norveç millisi ilə ümumilikdə 16 görüş keçirib və bu görüşlərdə 16 qol vurub və daha 8 məhsuldar ötürmə edib.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu