5 dekabr 2025. Cümə

“Yaxşı başladıq, amma..."


“Yaxşı başladıq, amma..."

"Leypsiq"in baş məşqçisi Marko Rouz Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunun matçında "Liverpul"a məğlubiyyətdən danışıb. 

90deqiqe.Az xəbər verir ki, 48 yaşlı mütəxəssis oyuna yaxşı başlasalar da sona qədər bunu davam etdirə bilmədiklərini bildirib.

“Yaxşı başladıq, amma "Liverpul" ilk şansı çevirdi. Yaxşı müdafiə olunduq və hücumda şanslarımız oldu, lakin bu səviyyədə onlardan istifadə etməliyik. Turnirdəki mövqeyimizi yaxşılaşdıra bilmədik, amma vəziyyəti yaxşılaşdırmaq üçün hələ də imkan var. Biz çalışmaqda davam edəcəyik və özümüzə inanacağıq”, - deyə UEFA-nın mətbuat xidməti Rouzdan sitat gətirir.

Görüş dünən Leypsiqdə baş tutub və İngiltərə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Vurulan yeganə qolun müəllifi 27-ci dəqiqədə fərqlənən Darvin Nunes olub.

Ümumi mərhələnin üç start raundunda "Leypsiq" üç məğlubiyyət alıb və xalsız olaraq turnir cədvəlinin 31-ci pilləsində qərarlaşıb. "Liverpul"un üç matçda üç qələbəsi, 9 xal və 2-ci yeri var.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”