12 aprel 2026. Bazar günü

Qarabağ'ın oyununa nə qədər bilet satılıb?


Qarabağ'ın oyununa nə qədər bilet satılıb?

Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL cavab matçına maraq böyükdür.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov açıqlamasında  bu oyun üçün artıq 5 min biletin satıldığını bildirib. Biletlərin hamısının matç  gününə kimi satılıb qurtaracağı gözlənilir.

Qeyd edək ki, biletlər dünəndən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.Biletlərin satış məntəqələri Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik və 28 Mall (iticket satış məntəqəsi), Park Bulvar AVM (iticket satış məntəqəsi), ASAN 2, 3 (Yasamal, Amay t/m) və İticket.az-dır (onlayn).

Xatırladaq ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:30-da başlayacaq. "Qarabağ" səfərdəki oyunda 2:1 qalib gəlib.(qol)







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi
  • Çempionlar liqası
  • 01:50 09.04.2026
PSJ doğma meydanda "Liverpul"a qalib gəldi