30 iyun 2026. Çərşənbə axşamı

"Milan" böyük potensiala malikdir"


"Milan" böyük potensiala malikdir"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Milan"la oyundan gözləntilərini bölüşüb.

 90deqiqe.Az xəbər verir ki, bu barədə italyan çalışdırıcı UEFA-nın mətbuat xidmətinə danışıb.

“Əlbəttə, “Milan”dakı keçmişimi nəzərə alsaq, bu mənim üçün xüsusi matçdır. Çox yaxşı başlamadılar, amma keyfiyyətli hücuma sahib olduqları üçün hələ də təhlükəlidirlər. Onların böyük potensialı var, lakin hələ də bunu reallaşdıra bilməyiblər. Biz çətin oyuna hazırlaşırıq”

"Real Madrid" sabah "Milan"ı qəbul edəcək, görüşün start fiti Bakı vaxtı ilə saat 24:00-a planlaşdırılıb. Çempionlar Liqasında üç oyundan sonra "Milan"ın cəmi üç xalı var, Madrid klubunun isə altı xalı var.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu