30 iyun 2026. Çərşənbə axşamı

Haaland "Mançester Siti"nin məğlubiyyətinə münasibət bildirib


Haaland "Mançester Siti"nin məğlubiyyətinə münasibət bildirib

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland komandasının son uğursuzluğunu şərh edib.

 90deqiqe.Az xəbər verir ki, bu barədə norveçli forvard sosial media hesabnda yazıb.

"Dünən gecədən çıxmaq üçün yalnız bir yol var - daha çox çalışın və döyüşərək geri qayıdın".

Çərşənbə axşamı "şəhərlilər" Çempionlar Liqası matçında "Sportinq"ə uduzub (1:4). 69-cu dəqiqədə hesab 3:1 meydan sahiblərinin xeyrinə olarkən norveçli penaltini yerinə yetirə bilməyib.

“Mançester Siti” üçün “Sportinq”dən məğlubiyyət bütün turnirlərdə ardıcıl üçüncü olub. Bundan əvvəl Pep Qvardiolanın komandası Premyer Liqada "Bornmut"a (1:2), İngiltərə Liqa Kubokunda "Tottenhem"ə (1:2) uduzmuşdu.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu