14 avqust 2026. Cümə

APOEL-də ciddi itki - Qarabağ'la oyunu buraxacaq


APOEL-də ciddi itki - Qarabağ'la oyunu buraxacaq

APOEL Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab oyununa ciddi itki ilə çıxacaq.

Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki, komandanın zədəli futbolçusu  Alef dos Santos Ağdam klubu ilə matçı buraxacaq. Yoxlama oyununda zədələnən braziliyalı yarımmüdafiəçinin 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Digər zədəli Vuyadin Saviçin durumuna aydınlıq gəlməyib. Serbiyalı müdafiəçinin qarın nahiyəsində ağrılar var. Onun "Qarabağ"la görüşdə meydana çıxıb-çxmayacağı qarşıdakı günlərdə bilinəcək.

Xatırladaq ki, "Qarabağ" - APOEL görüşü avqustun 13-ü olacaq. Bu komandalar arasında Kiprdəki matçda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu