14 avqust 2026. Cümə

Qarabağ'ın oyununu onlar idarə edəcək


Qarabağ'ın oyununu onlar idarə edəcək

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Corner.az-ın məlumatına görə, matçın baş hakimi Almaniya Futbol Federasiyasından 35 yaşlı Daniel Sibert olacaq. Ona Yan Seidel, Lasse Koslovski köməklik edəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü avqustun 13-ü yerli vaxtla 20:30-da başlayacaq. Bu komandalar arasında Kiprdəki ilk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu