10 dekabr 2024. Çərşənbə axşamı

“Bu, fantastik idi!"


“Bu, fantastik idi!"

PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri Çempionlar Liqasında ötən il "Bavariya" ilə oyunda debütünü xatırlayıb.

90deqiqe.Az xəbər verir ki, fransalı futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib.

“Bu, fantastik idi! Yadımdadır, qalib gələ bilmədik, amma inanılmaz emosiyalar yaşadım. Bu mənim ilk matçım idi və mənim cəmi 16 yaşındaydım. Xoşbəxt idim, əlimdən gələnin ən yaxşısını göstərməyə çalışdım, baxmayaraq ki, belə bir rəqiblə bunu etmək çətin idi, amma əsas odur ki, hər oyunda bunu etməyə davam edirəm”

18 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində 15 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. Bu gün PSJ Çempionlar Liqasında səfərdə "Bavariya" ilə qarşılaşacaq.







Çempionlar liqası

"Biz hər kəsə qalib gələ bilərik"
  • Çempionlar liqası
  • 18:53 08.12.2024
"Biz hər kəsə qalib gələ bilərik"