26 mart 2026. Cümə axşamı

Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu


Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu

"Bayer Leverkuzen"in hücumçusu Florian Virts Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib,

90deqiqe.Az-ın məlumatına görə, UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bu həftə “əczaçılar” Çempionlar Liqasının 5-ci turu çərçivəsində qonşu Avstriyanın “Red Bull Zalsburq” klubunu qəbul ediblər. Almaniya çempionu rəqibini darmadağın edib – 5:0.

Virts bu görüşdə dubla imza atıb və bir məhsuldar ötürmə də verib. Wirtz-dən başqa, "Atalanta"dan Mateo Reteqi, PSV-dən Malik Tillman və "Atletiko Madrid"dən Julian Alvares mükafat uğrunda mübarizə aparırdı. Onların hər biri öz klublarının matçlarında dubla imza atıb. "Bayer" Çempionlar Liqasının son 5 turunda 10 xal toplayıb və altıncı yerdədir.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"