14 avqust 2026. Cümə

APOEL Bakıya gəlir


APOEL Bakıya gəlir

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ı rəqibi olan APOEL bu gecə Bakıya gəlir.

Ağdam klubunun mətbuat xidmətindən verilən xəbərə görə, Nikosiya təmsilçisini çarter reysi ilə gətirəcək təyyarənin gecə saat 2-də Bakıya enəcəyi gözlənilir.

Sabah saat 19.00-da isə APOEL-in matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqi nəzərdə tutulub.

Xatırladaq ki, APOEL evdəki matçda “Qarabağ”a 2:1 hesabı ilə uduzub. Bu komandaların cavab görüşü avqustun 13-də olacaq.(qol)







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu