14 avqust 2026. Cümə

Qarabağ futbolçularını geri çağırdı


Qarabağ futbolçularını geri çağırdı

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-ə qarşı keçiriləcək təkrar matçla əlaqədar U-21 millimizin düşərgəsində olan "Qarabağ"ın üç futbolçusu geri çağırılıb.

Corner.az xəbər verir ki, AFFA-nın saytının bu gün yaydığı açıqlamada bildirilib ki, Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

“Qarabağ”ın müraciəti əsasında İsmayıl İbrahimli, Hacıağa Hacılı və Nicat Mehbalıyev klubun UEFA Çempionlar Liqasında Kiprin APOEL komandası oyunu ilə əlaqədar millinin toplanışından azad ediliblər. Onların əvəzinə “Səbail”dən Ədilxan Qarəhmədov, “Qəbələ”dən Samir Məhərrəmli və “Sumqayıt”dan Səbuhi Abdullazadə dəvət olunub" - deyə məlumatda qeyd edilib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu