31 yanvar 2026. Şənbə

“Barselona” və “Borussiya” eyni səviyyəli komandalardır”


“Barselona” və “Borussiya” eyni səviyyəli komandalardır”

Dortmund "Borussiya"sının baş məşqçisi Nuri Şahin "Barselona" ilə oyundan gözləntilərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, türkiyəli çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb.

“Sabah qalib gəlsək, ilk 8-liyə doğru böyük addım atacağıq. "Barselona" bizim birbaşa rəqibimizdir, əlbəttə ki, qələbə qazanmaq bizim üçün vacibdir. Qarşıdurmamızda favorit yoxdur, komanda eyni səviyyədədir. Maksimum göstərsək, çox şeyə qadirik. Çempionlar Liqasında irəli getmək istəyirik. Bu məqsədə doğru ilk addım ilk 8-liyə düşməkdir”

"Borussiya" - "Barselona" matçı sabah, dekabrın 11-də keçiriləcək, matçın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”