8 aprel 2026. Çərşənbə

Qvardiola "Yuventus"la oyun öncəsi danışıb


Qvardiola "Yuventus"la oyun öncəsi danışıb

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Yuventus"la Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı tur matçından əvvəl danışıb.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb.

“Son nəticələri nəzərə alsaq, biz qələbələrdən danışacaq vəziyyətdə deyilik. Bir matçda qalib gəlməli və dərhal növbətisini düşünməlisən. Səhvlərimiz yanlış hərəkətlərin nəticəsidir. Gücümüzlə oynamalıyıq - topa sahib olmaqda səbirliyik və topa sahib olmadıqda onu qazanmaq istəyirik. "Yuventus" təzyiq altında necə oynamağı bilən, çox gözəl bacarıqlara və oyun müxtəlifliyinə malik komandadır".

Xatırladaq ki, bütün turnirlərdə son doqquz matçda “Mançester Siti” yalnız bir qələbə qazanıb. "Yuventus" - "Mançester Siti" oyunu bu gün, dekabrın 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

 “Real” doğma meydanda “Bavariya”ya uduzdu
  • Çempionlar liqası
  • 01:04 08.04.2026
“Real” doğma meydanda “Bavariya”ya uduzdu
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
  • Çempionlar liqası
  • 23:34 07.04.2026
"Cəmiyyətin sənin kimi insanlara ehtiyacı var"
“Ev oyunlarının havası möhtəşəmdir”
  • Çempionlar liqası
  • 23:42 06.04.2026
“Ev oyunlarının havası möhtəşəmdir”
“Barselona” “Real”ı darmadağın etdi
  • Çempionlar liqası
  • 23:59 02.04.2026
“Barselona” “Real”ı darmadağın etdi
“Real Madrid" həmişə favoritdir”
  • Çempionlar liqası
  • 21:57 29.03.2026
“Real Madrid" həmişə favoritdir”
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"