14 avqust 2026. Cümə

APOEL-də daha bir itki


APOEL-də daha bir itki

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Kiprin APOEL klubu daha bir itki ilə üzləşib.

Corner.az Kipr mətbuatına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin müdafiəçisi Praksitelis Vuros sıradan çıxıb. 


Son məşq zamanı zədələnən futbolçunun qolunda qırıq aşkarlanıb. Tibbi müayinədən sonra onun 4 həftə məşq edə bilməyəcəyi məlum olub. 

Qeyd edək ki, digər zədəlilərdən braziliyalı yarımmüdafiəçi Alefin “Qarabağ”la görüşü buraxacağı dəqiqdir. Serbiyalı müdafiəçi Vuyadin Saviçin də meydana çıxacağı sual altındadır.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu