17 avqust 2026. Bazar ertəsi

Qarabağ'ın oyununa bilet tükənir


Qarabağ'ın oyununa bilet tükənir

Çempionlar Liqasının 3-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL oyununa bilet satışı davam edir.

Corner.az Ağdam klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq 24 min bilet alınıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.


Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, "Qarabağ" Kiprdə APOEL-ə 2:1 hesabı ilə qalib gəlib. Avqustun 13-ü, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı saat 20:30-da başlayacaq.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu