14 may 2026. Cümə axşamı

Bu gün stadion tam dolacaq


Bu gün stadion tam dolacaq

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Qarabağ” – APOEL matçında tribunaların tam dolacağı gözlənilir.

Corner.az xəbər verir ki, Ağdam klubu dünən saat 17.00-a kimi satışa çıxarılan biletlərin 24 mininin satıldığını açıqlamışdı. Yerdə qalan 6 min biletin isə bu gün oyun başlanana kimi tam satılıb bitəcəyi, beləliklə, stadiondan matçı 30 min azarkeşin canlı izləyəcəyi proqnozlaşdırılır.

Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu saat 20.30-da başlanacaq. Kiprdəki ilk matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"