15 may 2026. Cümə

"Mançester Siti" Çempionlar Liqasından kənarda qala bilər" - Qvardiola


"Mançester Siti" Çempionlar Liqasından kənarda qala bilər"  - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şansları ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" ispan məşqçinin dediklərini belə çatdırıb.

“Turnirdən kənarlaşma? Bu, olduqca mümkündür. Son matçda qalib gələ bilməsək, pley-offu unuda bilərik. Komandanın hazırda növbəti mərhələyə vəsiqə qazanmaq üçün az xalları var. Bu, sərt reallıqdır. “Brügge” ilə oyunda son şansımız qalıb.Biz qalib gəlməliyik".

“Şəhərlilər” son matçında səfərdə Fransa PSJ-si ilə qarşılaşıb və 2:4 hesabı ilə uduzub. Qvardiolanın komandası turnir cədvəlində 25-ci yerdədir.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"