29 iyun 2026. Bazar ertəsi

Dinamo baş məşqçisini qovdu


Dinamo baş məşqçisini qovdu

Ukraynanın Dinamo Kiyev klubu baş məşqçisi Aleksandr Xatskeviçlə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə birgə onun köməkçiləri də göndərilib.

Buna səbəb Dinamo'nun Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən (0:1, 3:3) Belçikanın "Brügge" klubuna uduzaraq mübarizəni dayandırması olub. 

Qeyd edək ki, Xatskeviç 2017-ci ilin yayından paytaxt klubunu çalışdırırdı.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu