14 aprel 2026. Çərşənbə axşamı

Onlar bizi, biz də onları yaxşı tanıyırıq - Van Dayk


Onlar bizi, biz də onları yaxşı tanıyırıq - Van Dayk

Liverpul'un futbolçusu Vircil Van Dayk UEFA superkubokunda “Çelsi” ilə qarşılaşacaqları oyundan əvvəl açıqlama verib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, hollandiyalı müdafiəçi, qalib gəlmək üçün hər şey edəcəklərini deyib:“Onlar bizi, biz də onları yaxşı tanıyırıq. Bu, sadəcə bir oyundur, hər şey ola bilər. Bu oyunu qazanmaq istəyirik və bunun üçün hər şey edəcəyik.

Yeni qapıçımız ikinci həftədir ki, bizimlədir.Alissonun zədələnməsindən sonra dərhal oynamağa başladı. Onun belə oyunlar üçün  kifayət qədər təcrübəsi var. Onunla birlikdə qalib gələcəyimizə inanıram”.

Qeyd edək ki, “Çelsi” – “Liverpul” matçı bu gün, saat 23:00-da başlayacaq.







Çempionlar liqası

Flikin qərarı Levandovskini məyus etdi
  • Çempionlar liqası
  • 22:57 09.04.2026
Flikin qərarı Levandovskini məyus etdi