5 dekabr 2025. Cümə

Avropanın superi - Liverpul!


Avropanın superi - Liverpul!

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, “Vodafone Park”da keçirilən görüşdə İngiltərənin iki nəhəngi – “Liverpul” və “Çelsi” klubları qarşılaşıb.

6-cı dəfə Superkubok oyununda meydana çıxacaq “Liverpul” 4-cü dəfə bu kuboku qazanmaq niyyətindəydi.

"Çelsi" isə 4-cü oyununa çıxıb. Londonlular da rəqibi kimi, 2 dəfə həlledici görüşdə məğlub olmuşdu. "Liverpul" 14, "Çelsi" isə 21 illik Superkubok həsrətinə son qoymaq istəyirdi.

Matçın nəticəsindən asılı olmayaraq, kubok 14 ildən sonra İngiltərəyə gedəcəkdi. Eyni zamanda ispanların 5 illik hegemonluğuna son qoyulacaqdı.

Oyuna gəlincə, əsas vaxt 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib – 2:2. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” Superkubokun sahibi olub. Liverpul bununla 4-cü dəfə UEFA superkubokunun sahibi olur.

UEFA superkuboku

14 avqust

Liverpul (İngiltərə) 2-2 Çelsi (İngiltərə) (penaltilər 5:4)
Qol: Sadio Mane, 48; 95 – Olivye Jiru, 36. Jorjinyo, 101-pen.
Baş hakim: Stefani Frappar (Fransa)
“Vodafone Park” (İstanbul, Türkiyə)







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”