31 yanvar 2026. Şənbə

Klopp 800-ə çatdı


Klopp 800-ə çatdı
UEFA Super Kubokunda “Çelsi”yə qarşı oyun “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, bu qarşılaşma almaniyalı mütəxəssisin karyerasında 800-cü oyunu kimi tarixə düşüb.
 
Klopp məşqçilik karyerasına “Maynts”da başlayıb və bu klubu 7 il çalışdırıb. O, bu komandanı meydana çıxardığı oyunların cəmi 40 faizində qələbə qazanıb və heç bir titul əldə etməyib. Daha sonra o, “Borussiya Dortmund”da çalışmağa başlayıb. Bu komandada da 7 il çalışan mütəxəssis Dortmund klubunu meydana çıxardığı oyunların 56 faizində qələbə qazanıb. Klopp “Borussiya”nı iki dəfə Almaniya çempionu edib, ölkə kubokunu və super kubokunu qazanıb, həmçinin Çempionlar Liqasının finalına çıxarıb.
 
2015-ci ildən isə 52 yaşlı mütəxəssis “Liverpul”un uğurları üçün çalışır. Bu komandanı meydana çıxardığı oyunların 57 faizindən qalib ayrılan məşqçi, geridə qalan mövsümdə ÇL-in qalibi adını qazanmışdı. Onun 800-cü oyununda isə “Çelsi”ni penaltilərlə üstələyən yetirmələri UEFA super kubokunu əldə ediblər.






Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”