31 yanvar 2026. Şənbə

Niko Qonzales "Real"a qarşı oynaya biləcək


Niko Qonzales "Real"a qarşı oynaya biləcək

"Mançester Siti"nin yarımmüdafiəçisi Niko Qonzales "Real Madrid"lə pley-off mərhələsinin ilk oyununda iştirak etmək üçün hazır olacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O ispaniyalı futbolçunun hazır olduğunu və “Real”la oyunda oynaya biləcəyini qeyd edib.

Xatırladaq ki, Qonzales İngiltərə Kubokunun “Leyton Orient”lə matçında cəmi 20 dəqiqə meydanda olmaqla zədələnmişdi. "Mançester Siti" - "Real Madrid" matçı fevralın 11-də İngiltərədə keçiriləcək. Cavab oyunu isə ayın 18-də Madriddə baş tutacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”