31 yanvar 2026. Şənbə

Vinisius "Mançester Siti" azarkeşlərinin pankartına reaksiya verib


Vinisius "Mançester Siti" azarkeşlərinin pankartına reaksiya verib

"Real Madrid"in hücumçusu Vinisius Junior Çempionlar Liqasının pley-off mərhələsinin 1/8 final mərhələsinin ilk oyununda "Mançester Siti" azarkeşlərinin nümayiş etdirdiyi pankart haqqında danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano braziliyalının dediklərini belə çatdırıb.

"Mən həyatımda nə tifoslardan, nə də rəqiblərin azarkeşlərindən heç vaxt qorxmamışam... Mən sadəcə "Real Madrid"in qələbələrinə kömək etmək istəyirəm."

Qeyd edək ki, Rodrinin "Qızıl Top"u tutduğunu göstərən pankartda "Ağlamağı dayandırın" yazısı qeyd olunmuşdu.

Xatırladaq ki, bir çox ekspertlər 2024-cü ilin “Qızıl top” uğrunda mübarizədə Vinisiusa üstünlük vermişdilər və braziliyalının özü də onun uğuruna inansa da, mükafatı İspaniya millisinin yarımmüdafiəçisi götürmüşdü.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”