31 yanvar 2026. Şənbə

Hutter "Benfika"ya məğlubiyyətinin səbəbini açıqlayıb


Hutter "Benfika"ya məğlubiyyətinin səbəbini açıqlayıb

Fransanın “Monako” klubunun baş məşqçisi Adi Hutter UEFA Çempionlar Liqasının ilk pley-off matçında Portuqaliya “Benfika”sına evdə məğlubiyyətdən danışıb. 

90deqiqe.Az xəbər verir ki, "Lequipe" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Qırmızı vərəqə matçın nəticəsini müəyyənləşdirdi. Məncə, bu, baş hakimin sərt qərarı idi. Buraxdığımız qola görə günahkar bizik, amma yenə də futbolçularımı tərifləmək istəyirəm. Əlləri qısa olanda yaxşı çıxış etdilər. Məğlubiyyətdən məyusuq, amma qarşıda hələ bir oyun var”

"Moneqasklılar" 0:1 hesabı ilə məğlub olublar. Əlavə edək ki, "Benfika" - "Monako" cavab oyunu fevralın 18-də Lissabonda baş tutacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”