15 avqust 2026. Şənbə

Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI


Çempionlar Liqasının əsas favoritləri AÇIQLANDI

Nüfuzlu "Goal" portalı pley-off mərhələsinin ilk oyunlarının nəticələrinə əsasən Çempionlar Liqasının favoritlərinin reytinqini yeniləyib.

90deqiqe.Az-ın məlumatına görə, “Real Madrid” və PSJ “Mançester Siti” və “Brest” üzərində səfər qələbəsindən sonra sıralamada müvafiq olaraq yeddinci və səkkizinci pillələrə yüksəliblər.

“Liverpul” Çempionlar Liqasının əsas favoriti olaraq qalır. “Barselona” ikinci, “Atletiko Madrid” isə üçüncü pilləyə yüksəlib.

İlk 10-luğa daha sonra "İnter", "Bayer", "Bavariya", "Real", PSJ, "Arsenal" və "Aston Villa" daxildir.

"Real Madrid" ötən mövsüm Çempionlar Liqasının qalibi olub. Turnirin finalında madridlilər Dortmund “Borussiya”sına qalib gəlib (2:0).







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu