30 sentyabr 2026. Çərşənbə

"Qvardiola ilə qarşılaşmaqdan yoruldum"


"Qvardiola ilə qarşılaşmaqdan yoruldum"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında Xosep Qvardiola ilə növbəti görüş haqda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Eurosport" italyan mütəxəssisin dediklərini belə çatdırıb.

“Mən artıq Qvardiola ilə qarşılaşmaqdan yoruldum. Düşünürəm ki, o, əla mentordur, amma ona qarşı oynamaqdan bezmişəm. "Onu izləmək həmişə maraqlı olsa da" 

Çempionlar Liqasının ilk pley-off matçında Madrid grandi səfərdə "Mançester Siti"ni 3:2 hesabı ilə məğlub edib. Cavab oyunu çərşənbə günü, Santyaqo Bernabeu stadionunda keçiriləcək. Bu görüşün qalibi mötəbər turnirin 1/8 finalında iştirak edəcək.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”