21 fevral 2025. Cümə

"Real" indi daha güclüdür"


"Real" indi daha güclüdür"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün cavab oyununda "Real Madrid"ə 1:3 hesablı məğlubiyyətdən sonra gələcəyi və komandanın vəziyyəti ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri ispan çalışdırıcının dediklərini belə çatdırıb.

"Dövrümün sonu? Müəyyən mənada bəli. Heç nə əbədi deyil. Yeddi ildə 6 dəfə Premyer Liqanın qalibi olduq, Çempionlar Liqasında isə hər il 1/4 finala, yarımfinala və finala yüksəldik... İşləmək üçün gücümüz varmı? Dayanmaq fikrim yoxdur.

Reallığı qəbul edirəm və "Real Madrid" indi daha güclüdür. Hamısı budur. Ötən mövsüm çox yaxşı oynadıq, amma bu mövsüm yox. Mən həmişə inanıram ki, buna layiq olan qalib gəlməlidir. Bəzən komanda gözləniləndən çox irəliləyir. Məsələn, keçən mövsümdə belə hallar baş verə bilər. Ancaq bunlar olur və siz bununla üzləşməli olacaqsınız"

Xatırladaq ki, Qvardiolanın məşqçilik karyerasında ilk dəfədir ki, o və komandası Çempionlar Liqasının 1/8 finalına yüksələ bilmir. “Real” avrokubokların növbəti mərhələsində ya “Atletiko”, ya da “Bayer”lə qarşılaşacaq. Püşkatma fevralın 21-də keçiriləcək.







Çempionlar liqası

ÇL-da 1/8 final mərhələsinin püşkü atılıb
  • Çempionlar liqası
  • 15:24 21.02.2025
ÇL-da 1/8 final mərhələsinin püşkü atılıb
Çempionlar Liqasının FAVORİTLƏRİ
  • Çempionlar liqası
  • 22:54 20.02.2025
Çempionlar Liqasının FAVORİTLƏRİ
Haaland "Real"a qarşı niyə oynamayıb?
  • Çempionlar liqası
  • 21:38 20.02.2025
Haaland "Real"a qarşı niyə oynamayıb?
Matçın ən yaxşı oyunçusu seçildi
  • Çempionlar liqası
  • 12:52 20.02.2025
Matçın ən yaxşı oyunçusu seçildi
“Ançelottinin komandası üçün çox asan idi"
  • Çempionlar liqası
  • 12:38 20.02.2025
“Ançelottinin komandası üçün çox asan idi"
"Real" indi daha güclüdür"
  • Çempionlar liqası
  • 12:34 20.02.2025
"Real" indi daha güclüdür"