31 yanvar 2026. Şənbə

"Real"ın hücumçusu Mbappe Kriştianu Ronaldonun rekordunu təkrarlayıb


"Real"ın hücumçusu Mbappe Kriştianu Ronaldonun rekordunu təkrarlayıb

"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Mançester Siti" ilə görüşdə 3 qol vurub.

90deqiqe.Az "Opta Sports"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu debüt mövsümündə "Kral klubu"nun heyətində Çempionlar Liqasında vurulan qollara görə rekorda imza atıb.

Fransalı forvardın indi 7 qolu var. Kriştiano Ronaldo 2009/2010 mövsümündə və Justo Tejada 1962-də eyni rəqəmə sahib olmuşdu.

“Qaymaqlılar” doğma meydanda 3:1 hesabı ilə qalib gəlib. Madrid nəhəngi iki görüşdə "Mançester Siti"ni ümumi 6:3 hesabı ilə məğlub edib. Avrokubokların növbəti mərhələsində Karlo Ançelottinin yetirmələri “Bayer” və ya “Atletiko” ilə qarşılaşacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”