31 yanvar 2026. Şənbə

Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu


Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu

"Real Madrid"in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin mətbuat xidməti "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Fransalı futbolçu Çempionlar Liqasının 1/8 finalında oynamaq hüququ uğrunda komandalar arasında keçirilən pley-off mərhələsinin cavab oyununda “Mançester Siti”yə (3:1) 3 qol vurub.Mbappe "Brest"lə görüşdə qol vuran PSJ-nin yarımmüdafiəçisi Vitinyonu, "Yuventus"la oyunda məhsuldar ötürmə edən PSV-nin cinah oyunçusu Noa Lanqı və "Monako"ya qol vuran "Benfika"nın yarımmüdafiəçisi Orkun Kökçünü qabaqlayıb.

Ümumilikdə Mbappe bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 27 qol vurub və 3 məhsuldar ötürmə edib.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”