- Çempionlar liqası
- 19:10 22.02.2025
"Real Madrid"in sabiq müdafiəçisi, hazırda Meksikanın "Monterrey" klubunda çıxış edən Serxio Ramos Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasiminin nəticələrinə görə "Los Blankos"un "Atletiko" ilə derbi keçirəcəyinə dair zarafatcıl şərh verib.
90deqiqe.Az-ın məlumatına görə, ispan futbolçu bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.
"Çox asan, uşaqlar! Biz orada olmuşuq və bunu etdik!"
Xatırladaq ki, 38 yaşlı Serxio Ramos karyerası ərzində 16 mövsüm “Real Madrid”in rənglərini qoruyub, bunun altısında komandanın kapitanı olub. “Kral klubu”nun tərkibində dörd dəfə Çempionlar Liqasının, beş dəfə İspaniya çempionatının qalibi olub. Onun adına dörd Klublararası Dünya Çempionatı titulları da var. İspaniya millisinin heyətində müdafiəçi 2010-cu il Dünya Kubokunun, eləcə də iki Avropa çempionatının (2008 və 2012) qalibi olub. Ramos 2021-ci ildə Madridi tərk edərək PSJ-yə keçib.