- Çempionlar liqası
- 19:10 22.02.2025
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının cari mövsümündə qələbəyə əsas namizəd kimi hansı klubları gördüyünü açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Sport.es" italyan çalışdırıcının dediklərini belə çatdırıb.
“İspaniya La Liqasının komandaları çox rəqabətlidir. İtaliyadan artıq çoxlu komanda qalmayıb."Liverpul" isə İngiltərə adına çox yaxşı işlər görür."
Çempionlar Liqasının 1/8 final mərhələsində "Kral klubu" "Atletiko Madrid"lə qarşılaşacaq. “Döşək ustaları” ilə “Real” arasında ilk oyun martın 4-də keçiriləcək və Moskva vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu martın 12-də baş tutacaq. Hakimin start fiti də Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.