- Çempionlar liqası
- 21:30 02.03.2025
Çempionlar Liqasının 1/8 finalında "Real Madrid" "Atletiko Madrid"i qəbul edəcək.
90deqiqe.Az xəbər verir ki, bu oyunun hakimlər briqadası fransalı Klement Turpin olub. Maraqlıdır ki, bu hakimin rəhbərliyi altında “qaymaqlılar” Çempionlar Liqasında heç vaxt uduzmayıb.
Nəticələr aşağıda verilmişdir:
dekabr 2014. "Real" - "Ludoqorets" 4:0;
Noyabr 2018. "Roma" - "Real" 0:2;
Noyabr 2020. "Real Madrid" - "İnter" 3:2;
Aprel 2022. "Çelsi"- "Real Madrid" 1:3;
May 2022. "Liverpul" - "Real Madrid" 0:1;
Oktyabr 2023. "Napoli" - "Real" 2:3;
Aprel 2024. "Bavariya" - "Real" 2:2;
Fevral 2025. "Mançester Siti" - "Real Madrid" 2:3.
Gördüyümüz kimi, Klement Turpinin rəhbərliyi altında “Real Madrid” yeddi qələbə və bir heç-heçə əldə edib.