- Çempionlar liqası
- 01:53 05.03.2025
"Barselona"nın hücumçusu Lamin Yamal komandanın baş məşqçisi Hans-Diter Flikin rəhbərliyi altında işləməsindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, 17 yaşlı hücumçu bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb.
“Flik çox yaxşı məşqçidir, onunla hər zaman danışa bilərsiniz, mənim işlərimlə maraqlanır. Ondan çox şey öyrəndim. ona hörmət edirəm. O, ciddi bir mentor kimi görünə bilər, lakin eyni zamanda, o, hər zaman oyunçularının hər birinin nəyə ehtiyacı olduğunu bilir”
İspaniya çempionatının cari mövsümündə Yamal 23 matçda iştirak edib. Hücumçu 5 qol vurub və 11 məhsuldar ötürmə edib.