18 aprel 2026. Şənbə

Di Mariya "Barselona"ya qarşı oynamayacaq


Di Mariya "Barselona"ya qarşı oynamayacaq

"Benfika"nın yarımmüdafiəçisi Anxel Di Mariya bugünkü məşqdə iştirak etməyib.

90deqiqe.Az-ın məlumatına görə, Lissabon komandasının baş məşqçisi Bruno Lage "Sport TV"yə açıqlamasında argentinalının Çempionlar Liqasının 1/8 finalının "Barselona" ilə ilk oyununda oynaya bilməyəcəyini təsdiqləyib.

Di Mariya fevralın 12-də "Benfika" Çempionlar Liqasının pley-off mərhələsində "Monako" ilə matçda oynayan zaman əzələsindən zədə almışdı. O vaxtdan bəri 37 yaşlı futbolçu sağalmayıb. "Benfika" - "Barselona" matçı martın 5-i Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası