Ən çox künc zərbəsini Qarabağ vurub - UEFA açıqladı
UEFA Çempionlar Liqasında təsnifat mərhələlərinin statistikasını açıqlayıb.Corner.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran “Qarabağ” göstəricisi ilə fərqlənib.Təsnifat mərhələsində ən çox künc zərbəsini Ağdam təmsilçisi yerinə yetirib. “Qarabağ” 39 dəfə künc zərbəsi vurub. İlk beşlikdə isə “Qarabağ”dan başqa “Seltik” (Şotlandiya, 38), CFR Kluj (Rumıniya,35), “Srvena Zvezda” (Serbiya, 34) və “Ferençvaroş” (Macarıstan, 31) qərarlaşıb.“Qarabağ” təsnifat mərhələsinin 6 oyununda çərçivəyə 25 zərbə endirib ki, bunlardan 8-i qol olub.Qurban Qurbanovun komandası çərçivəyə gedən zərbələrdə APOEL-lə birgə 7-8-ci yerləri bölüşür, qolların sayına görə isə 8-cidir.“Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə ən çox qol ötürməsi edən (3) 9 futbolçudan biridir.