30 sentyabr 2026. Çərşənbə

Ronaldo karyerasında 927-ci qolunu vurub


Ronaldo karyerasında 927-ci qolunu vurub

 “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Asiya Çempionlar Liqasının 2024/2025-ci il mövsümünün 1/8 finalında “İstiqlal” matçında fərqlənib.

90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalının vurduğu qol onun karyerasında 927-ci qolu olub.

40 yaşlı futbolçu 27-ci dəqiqədə penaltini qola çevirib.

Ronaldo bütün futbolçu karyerası ərzində klub səviyyəsində 792, Portuqaliya millisində isə 135 qol vurub.

Bu mövsüm bütün turnirlərdə 32 matça çıxan hücumçu 27 qol vurub, 4 qol ötürməsi edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.







Çempionlar liqası

 “Modriç, Kazemiro və Kroos olsaydı...”
  • Çempionlar liqası
  • 23:38 11.09.2026
“Modriç, Kazemiro və Kroos olsaydı...”